-
Neftçilər Xəstəxanasında müalicə olunan 13 neftçinin vəziyyəti stabildir.
Bu haqda AzadlıqRadiosuna xəstəxanadan məlumat verilib.
Dekabrın 8-də müalicə alanlardan ikisi evə buraxılacaq. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Dekabrın 4-də Günəşli yatağında baş verən yanğında itkin düşənlərdən 8-nin meyiti tapılıb. Onlardan 6-sı dekabrın 8-də dəfn olunur. 23 nəfərin axtarışı davam edir.
Yanğından 32 neftçi xilas olunub.