-
Serbiyanın baş naziri Aleksandar Vucic ölkənin müdafiə nazirini qadın jurnalistə seksual xarakterli sözlər dediyinə görə işdən çıxarıb.
Vucic dekabrın 7-də deyib ki, Bratislav Gasic vəzifədə qala bilməz, jurnalisti təhqir etdiyinə görə üzr istəməsi də yetərli deyil. Baş nazir onu da əlavə edib ki, qadınlara qarşı “seksual təhqirə” dözməyəcək.
Gasic dekabrın 7-də kameranı düzəltmək üçün əyilmiş jurnalistə deyib ki, “qadın jurnalistlərin belə asanlıqla diz çökməyini sevirəm”. O, daha sonra tvitterdə üzr istəyib, yazıb ki, “utancverici hərəkətinə görə səmimi qəlbdən təəssüf hissi keçirir”.