Meyitləri tapılan neftçilər dəfn olunur

-

Dekabrın 8-də dənizdən meyitləri tapılan 6 neftçi dəfn olunacaq. Onlar “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-dır.

İtkin düşmüş digər neftçilərin axtarışları davam edir. Axtarış aparan 7 gəmiyə dekabrın 8-də helikopterlər də qoşulacaq.

Bu haqda dekabrın 7-də keçirdiyi brifinqdə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.