İranda donuz qripindən 33 nəfər ölüb

İranın dövlət mediasında yayılan xəbərlərə görə, ölkənin cənub-şərqindəki iki ostanda son 3 həftə ərzində 33 nəfər donuz qripi virusundan vəfat edib.

İranın dövlət mediasında yayılan xəbərlərə görə, ölkənin cənub-şərqindəki iki ostanda son 3 həftə ərzində 33 nəfər donuz qripi virusundan vəfat edib.

İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib ki, ölüm hadisələrinin 28-i Kerman, 5-i isə Sistan-Bəlucistanda baş verib.

O xəbərdarlıq edib ki, epidemiya Tehran da daxil ölkənin başqa yerlərinə yayıla bilər.

Donuz qripini, virisun H1N1 ştammı törədir.

Bu ştamm ilk dəfə 2009-cu ildə Meksikada aşkar olunub və sürətlə qlobal miqyasda yayılıb.

İSNA agentliyinin başqa bir xəbərində isə deyilir ki, Kerman ostanındakı xəstəxanada 600 nəfər bu virusa yoluxduqdan sonra müalicə olunub.