İraqölkənin şimalından qüvvələrini çıxarmaq üçün Türkiyəyə dekabrın 8-dək vaxt verib və xəbərdarlıq edib ki, əgər bu baş verməsə BMT-nin təhlükəsizlik şurasına müraciət edəcək.
İraqın baş naziri Haider al Abadi bildirib ki, Türkiyə ordusu ölkəyə Bağdaddan icazəsiz girib və dekabrın 7-də geri çəkilməlidir.
Türkiyənin xarici işlər naziri Movlut Cavusoglu isə bildirib ki, Ankaranın dekabrın 3-də Mosul şəhəri ətrafına ordu göndərməkdə məqsədi ordakı Türkiyə əsgərlərini qorumaq və əvəz eləməkdir.
Mosul 2014-cü ilin yayından “İslam Dövləti” qrupunun əlindədir.
Anakara bildirib ki, Türkiyə əsgərləri ordakı yerli kürd və sünni döyüşçülərə təlim keçməklə məşğuldur.
Yerli qüvvələr Mosulu azad etmək üçün şəhərə hücuma hazırlaşır.