Suriyanın Raqqa əyalətində keçirilən hava əməliyyatları zamanı azı 32 “İslam Dövləti” yaraqlısı öldürülüb.
Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin dekabrın 6-da yaydığı məlumatına görə, zərbələri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya qüvvələri endirib.
Mərkəzəz həmçinin 40-dan çox yaraqlının yaralandığını bildirir.
Məlumata görə, əyalətdə yaraqlıların mövqelərinə 15-dən çox zərbə endirilib.
Raqqa “İslam Dövləti” qrupunun Suriyada əsas dayaq məntəqəsi hesab olunur.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya 1 ildən çoxdur ki, Suriyada hava əməliyyatları keçirir.