Suriya hərbi bazasının vurulduğunu deyir

Suriya hakimiyyəti ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini Suriya ordusunun bazasını vurmaqda ittiham edib.

Suriya hökuməti 3 əsgərinin öldüyünü, 13 əsgərinsə yaralandığını bildirir.

Assad hökuməti dekabrın 7-də BMT-yə rəsmi etiraz məktubu göndərib.

ABŞ prezidenti Barack Obamanın koalisiyadakı xüsusi nümayəndəsi Bred Meqak isə koalisiya qüvvələrinin Suriya hökumətinin göstərdiyi kimi Deyr əl Zur şəhəri yaxılığındakı düşərgədə belə bir əməliyyat keçirmədiyini bildirib.