Ayətulla işləyən qadınları tənqid edir

İranda qadınların roluna dair 2-ci konfrans, arxiv fotosu

-

İranın nüfuzlu dini liderlərindən biri işləyən qadınların sayının artmasını tənqid edib, buna görə Prezident Hassan Rohani-mim siyasətini suçlayıb.

“Niyə adamlar həmişə qadınların işləməsinə təkid edirlər, kişilərin çoxu da işsizdir axı”, Ayətulla Seyyed Yousef Tabatabai-Nejad deyib. O, İsfahanda aparıcı din xadimidir.

O, dekabrın 5-də İran mediasına bildirib ki, kişilər qadınları saxlamalıdır, əksinə olmamalıdır.

Ayətulla Rohani-ni qadınları dəstəkləyən, onları siyasətdə iştiraka həvəsləndirən siyasətinə görə tənqid edib.

Tabatabai-Nejad deyir ki, işləyən qadınlar müstəqillik əldə edib və bu da boşanmaların sayını artırıb. Ayətulla çıxış yolu kimi qadınların nazirliklərdə, şirkətlərdə, eləcə də satıcı kimi çalışmasına qadağa qoymağa çağırıb.