Qərargah faciə yerinə köçür

-

Günəşli yatağında itkin düşmüş 29 nəfər haqqında axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah dekabrın 7-də “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülünə köçürüləcək.

Bu haqda dekabrın 6-da SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

SOCAR nümayəndələrinin son vəziyyətlə bağlı mətbuat konfransı dekabrın 7-də saat 11.00-da keçirəcək.