London polisi metroda “terror” hadisəsini araşdırır

Leytonstone stansiyası

Hadisə Londonnun şərqindəki Leytonstone metro stansiyasında baş verib.

London metrosunda bir nəfər bıçaqla sərnişinlərə hücum edib.

Zərəçəkənlərdən biri ağır yaralanıb. Daha iki nəfər yüngül xəsarət alıb.

Hücum edən şəxs həbs edilib. Polis onun zərəsizləşdirilməsi üçün elektrik tapançasından istifadə edib. Başqa təfərrüatlar barədə məlumat verilmir.

London polisi antiterror bölümünün rəisi Richard Walton deyib ki, baş vermiş insident “terror” hadisəsi kimi araşdırılır.

Hadisə Londonnun şərqindəki Leytonstone metro stansiyasında baş verib.

Qatarların hərəkəti bazar günü səhərədək dayandırılıb.

Hücum edən polisə zəngdən 8 dəqiqə sonra həbs edilib.