Rusiyanın və ABŞ-ın ən çox kitab oxuyan regionu

Kənd kitabxanası

-

Rusiyada “Ən çox kitab oxuyan region” müsabiqəsi keçirilib. Ölkənin 83 regionunun iştirak etdiyi müsabiqədə onlardan hansının ən çox kitab oxuduğunu müəyyən etməyə çalışıblar, bu işə nəşriyyatlar, kitabxanalar, ədəbiyyatşünaslar və jurnalistlər cəlb olunub.

Üç region müsabiqənin qalibi olub. Birinci yeri Ulyanovsk, ikincini Nenets muxtar dairəsi, üçüncü yeri Sankt-Peterburq qazanıb.

Ulyanovska "Rusiyanın ədəbiyyat flaqmanı” fəxri adı verilib. Bundan başqa, Voronejdə çoxlu kütləvi ədəbiyyat festivalları keçirildiyinə görə, ora xüsusi mükafat verilib.

Bənzər müsabiqə bir neçə il əvvəl ABŞ-da da olmuşdu. Kitab oxumaq üzrə birinci yeri Massaçuçets ştatı tutmuşdu. İkinci yer Kolorado, üçüncü yer Merilend ştatına verilmişdi.