Kerry İrandan danışdı

John Kerry

ABŞ Dövlət katibi John Kerry bildirib ki, Vaşinqton İranın nüvə silahı üzərində işləməsinə heç vaxt şübhə etməyib.

Əsa məsələ indi Tehranın bu ilin iyulunda 6 dünya ölkəsi ilə əldə etdiyi nüvə sazişinə qoşulmasıdır.

Kerry bunu dekabrın 4-də Afinada çıxış edərkən deyib.

İranla əldə edilmiş nüvə sazişində Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların məhdudlaşdırılması və ya ləğvi nəzərdə tutulur.