Fransa dekabrın 4-dən Liviyanın “İslam Dövləti” qrupunun nəzarətində olan ərazilərində kışfiyyat uçuşlarına başlayıb.
Fransa prezidenti Francois Hollande həmçinin dekabrın 4-də hazırda Suriya sahillərində olan təyyarədaşıyan “Charles de Gaulle” gəmisinə yollanır.
Türkiyə isə dekabrın 4-də Fransa təyyarələrinin “İslam Dövləti” qrupu ilə mübarizədə ölkənin hava hüdudlarından istifadə eləməsinə icazə verib.
Qeyd edək ki, hər iki ölkə NATO üzvləridir.