Metropolitendən sərnişinlərə sürpriz

Metroda konsert

-

Dekabrın 4-də yolu metronun «28 May» stansiyasından düşənlər sürprizlə üzləşiblər. «Bakı Metropoliteni» QSC sərnişinlərə stansiyanın girişindəcə simfonik konsert təşkil edib.

Bu haqda qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Facebook sosial şəbəkəsində məlumat yerləşdirib.

Klassik musiqini sevən sərnişinlər ayaq saxlayıb Dövlət Konservatoriyasının ilə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət simli kvartetin ifasını izləyiblər.

Bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə keçirilən layihə bir ay davam edəcək. Dekabrın sonunadək sərnişinlər həftənin cümə axşamı və şənbə günləri müxtəlif metrostansiyalarda musiqi dinləyə biləcəklər. ​