Ərbəin dinc keçdi

Zəvvarlar Kərbəlada

-

Dekabrın 3-də İraqın Kərbəla şəhərində milyonlarla şiə müsəlman Məhərrəm ayının 40-cı günü Ərbəin ziyarətinə toplaşıb. Bu ilki ziyarətdə ciddi zorakılıq qeydə alınmayıb.

Adətən bu ziyarət zamanı Bağdad və İraqın cənubunda tıxac yaranır. Belə ki, maşın yollarından bəziləri Kərbəlaya piyada gedən zəvvarlara görə bağlanır.

Müsəlmanlar İmam Hüseynin qırx mırasimində qəbrini ziyarət edirlər.

Rəsmi məlumata görə, bu il ziyarətdə 20 milyon zəvvar iştirak edib. Onlardan 5 milyonu ərəblər və xaricilər olub.

İraqın 25 min təhlükəsizlik qüvvəsi, iranlı həmkarlarının köməyi ilə ekstremist hücumları önləyə biliblər. Ötən ilk hücumlarda yüzlərlə ölən olmuşdu.

Bağdad təhlükəsizlik komandanlığı iki intiharçının zəvvarlara hücum etməmişdən zərərsizləşdirildiyini bildirir.