Lavrovla Cavusoglu görüşüb

Sergei Lavrov və Mevlut Cavusoglu

Belqradda Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü olub.

Movlud Cavusoglu ilə Sergei İvanov dekabrın 3-də ATƏT ölkələrinin konfransı çərçivəsində görüşüblər.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Segei Lavrov bundan bir gün əvvəl Cavusoglunun belə bir təklif elədiyini bildirmişdi.

Hələlik danışıqların detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Türkiyə təyyarənin onun hava hüdudlarını pozduğunu deyir, Rusiya ittihamı rədd edir.

Bundan başqa tərəflər bir-birini “İslam Dövləti” qrupunun nəzarətində olan ərazilərdən qanunsuz neft almaqda ittiham edirlər.