Rusiya İrana S-300 sistemləri verir

Foto arxiv

Rusiya İrana S-300 raket sistemləri göndərilməsinə başlayıb.

Bu barədə dekabrın 3-də Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kozhin məlumat verib.

Amma o əlavə detallara atdınlıq gətirməyib.

İranın Moskvadakı səfiri Mehdi Sanai artıq noyabrın sonlarından İrana s-300 raket sistemi göndərildiyini bildirib.

Yeni müqavilə bu ilin sentyabrında-prezident Vladimir Putinin İrana silah embarqosunu götürməsindən sonra imzalanıb.

Rusiya 2010-cu ildə BMT-nin sanksiyalarına görə İrana S-300 sistemlərinin göndərilməsini dayandırmışdı.

Amma bu il İranla 6 aparıcı ölkə arasında imzalanan nüvə sazişindən sonra Putin məsələni yenidən gündəmə gətirib.

Bu sazişdə İranın nüvə fəaliyyətini dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur.