Azərbaycan millisi reytinqdə gerilədi

Foto arxiv

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytının məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan millisi 2 pillə geriləyib.

Azərbaycan yığması hazırda 296 xalla 117-ci yerdədir.

Siyahının başında dəyişiklik olmayıb.

Belçika yığması liderliyini qoruyub.

Argentina millisi ikinci, İspaniya isə üçüncü yerdədir.