-
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri ötən gecə Suriyada İslam Dövləti (İD-İŞİD) silahlı qruplaşmasının tutduğu ərazilərdə neft çıxarılan ərazilərə zərbələr endirib.
Suriyanın İnsan Haqları Təşkilatı həmin təyyarələrin Britaniyaya məxsus olub-olmadığını bildirmir. Daha öncə Britaniyanın Müdafiə Nazirliyi tvitterdə yazıb ki, qırıcıları al-Omardakı neftli sahələri vurub.
Bir gün öncə Britaniya parlamenti ölkənin ABŞ koalisiyasına qoşulmasını dəstəkləyib. Rusiya da İŞİD-ə qarşı istənilən hərəkəti alqışladığını bildirib.