-
İsveçrə polisi bildirir ki, ABŞ-ın xahişilə FIFA-nın iki rəsmisini həbs edib. Bu həbslər futbol qurumunda korrupsiya işi çərçivəsində aparılıb.
Polis əməliyyatı dekabrın 3-də sübh çağı Sürixdə Baur au Lac otelində aparıb. Mayın 27-də də həmin oteldə reyd keçirilmişdi.
Adları açıqlanmayan 2 nəfər “milyonlarla dollar rüşvət almaqda” şübhəli bilinir.
Dekabrın 2-də FIFA icraiyyə komitəsi Sürixdə 2 günlük toplantıya başlayıb. Fevralda isə keçmiş prezident Sepp Blatter-in varisi seçilməlidir.
İsveçrə və ABŞ FIFA-nın keçmiş və indiki rəsmilərinə qarşı çirkli pulyuma, saxtakarlıq ittihamlarını araşdırır.