İstanbulda partlayış

Türkiyə - polis partlayış yerində. 1 dekabr 2015

►Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

“Hürriyyet” qəzetinin yazdığına görə, partlayan əldədüzəltmə bomba olub.

Qəzetyazır ki, partlayış çevik qüvvələri aparan mikroavtobusun ötəməsindən bir neçə saniyə sonra baş verdiyindən böyük təlafatın qarşısı slınıb.

Agentliklərin verdiyi son məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

--

Yerli KİV-lərin məlumatına görə partlayış İstanbuldakı “Bayrampaşa” metro stansiyasının ətrafında baş verib.

Anadolu agentliyinin məlumatına görə partlayış stansiyada yox, onun ətrafında baş verib.

Nəticədə iki nəfər xəsarət alıb, hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınlar göndərilib, metroda hərəkət dayandırılıb.

“Xəbər Türk” televiziya kanalı isə 1 nəfərin öldüyünü 1 nəfərinsə yaralandığını xəbər verir.

Bunun terror aktı olub-olmaması hələlik bəlli deyil.

Hələlik partlayışın dəqiq səbəbi bəlli deyil.

Şəhər rəhbərliyinin ehtimalına görə, partlayışa səbəb elektrik transformatoru ola bilər.

Hazırda araşdırma gedir.