“Finişə yaxınlaşırıq, yaxın günlər Ermənistan xalqı üçün adi olmayacaq”.
Bunu noyabrın 30-da jurnalistlərə “Yeni Ermənistan” hərəkatının lideri Zhirayr Sefilyan deyib.
O bildirib ki, sabahdan başlayacaq daimi mitinqlər üçün Azadlıq meydanında çadırlar da qurula bilər.
O qeyd edib ki, hərəkat bununla bağlı şəhər meriyasına müraciət edib, amma hələlik cavab almayıb.
Zhirayr Sefilyan hakimiyyətin referendumadək dəyişəcəyi və Serzh Sargsyanın devriləcəyinə inandığını bildirib.
Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.
Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.
Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.