Krıma hələ də işıq verilmir

Volodymyr Demchyshyn

“Krımın elektrik enerjisi ilə təhcizatı qismən bərpa oluna bilər amma bunun vaxtı elektrik stansiyasınən ətrafında aksiya keçirən Krım tatarları ilə razılaşdırılmalıdır”.

Bunu noyabrın 30-da Ukraynanın energetika naziri Volodymyr Demchyshyn bəyan edib.

Qeyd edək ki, Krım 9 gün bundan əvvəl Ukrayna ərazisindəki elektrik stansiyasının partladılması nəticəsində işıqsız qalıb.

Krımın Rusiya tərəfindən ilhaq edilməsinə qarşı çıxan tatar fəallar stansiyanın bərpasına imkan vermirlər.

Rusiya isə bunun əvəzində Ukraynaya qaz və kömür verilməsini dayandırıb.

Həmçinin Ukrayna ayrılıqda Rusiyadan qaz alınmasını dayandırıb.