“Jack Daniel's” Rusiyada 11 nəfəri öldürdü

Foto arxiv

Rusiyanın Krasnoyarsk şəhərində 11 nəfər “Jack Daniel's” viskindən ölüb.

Bu barədə Rusiyanın İstintaq Komitəsi xəbər verir.

Komitə noyabrın 30-da 18 yaşlı daha bir yeniyetmənin xəstəxanada bu içkidən öldüyünü və beləliklə ölənlərin sayının 11 nəfərə çatdığını bildirib.

Daha 9 nəfər isə metil spirtindən zəhərlənmə diaqnozu ilə hazırda xəstəxanadadır.

Onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

Bir həftə ərzində Krasnoyarskda xəstəxanaya viskdən zəhərlənmiş 48 sakin müraciət edib.

Onlar bu içkiləri “online” satışla alıblarmış.

Faktla bağlı araşdırma aparılır, 6 şübhəli saxlanıb.