Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına üzv olub. Təşkilatın məlumatına görə, Orta Asiyada ən böyük ölkə olan Qazaxıstan artıq noyabrın 30-dan təşkilatın tam hüquqlu üzvü olub.
Qazaxıstanın bu təşkilata qoşulması barədə ilkin qərara razılaşma 2015-ci il iyunun 22-də işçi qrupun iclasında əldə edilib, 27-də isə ali şura tərəfindən tam təsdiqlənib.
Tərəflər 1996-cı ildən bu yana danışıqlar aparsa da proses Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya ittifaqına qoşulmasına görə bir neçə dəfə əngəllənmişdi.
Qazaxıstanın əsas gəliri neftdəndir.