"Valensiya"nın baş məşqçisi Nuno Espirito Santo istefa verib.
İspaniya mətbuatının məlumatına görə, bu barədə o, La Liqanın 12-cü turunda "Sevilya"ya 0:1 hesabı ilə uduzduqdan sonramətbuat konfransında məlumat verib.
Qeyd edək ki, "Valensiya" La Liqanın turnir cədvəlində 13 turdan sonra 19 xalla 9-cu yerdədir.