Obama iqlim razılaşmasına çağırdı

Barack Obama

ABŞ prezidenti Barack Obama noyabrın 30-da Parisdə keçirilən beynəlxalq iqlim konfransında bildirib ki, onlar indi dünyaya göstərməlidirlər ki, xalqlar iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyəti bölüşürlər.

Obama qeyd edib ki, dünya liderləri iqlim dəyişikliyi ilə bağlı razılaşma hazırlamalıdırlar.

O qeyd edib ki, ABŞ sənaye qazı istehsalına görə dünyada ikinci olan bir ölkə kimi üzərinə məsuliyyət götürməlidir.

Obama həmçinin qeyd edib ki, ABŞ bu problemlə üzləşmiş zəif ölkələrə yeni vəsaitlər vəd edəcək.