Yolka ilə Guinnessin Rekordlar Kitabına düşdü

Arxiv fotosu

-

Avstraliyanın paytaxtı Kanberrada yaşayan David Richards möhtəşəm yolka ilə Guinnessin Rekordlar Kitabına düşüb.

O yolkanı 518 min 838 ədəd işıqla bəzəyib.

Richards bununla ani körpə ölümü xəstəliyinə diqqəti cəlb etmək istəyib. İanə toplamaq məqsədilə 21 metrlik ağacı bəzəyib. Bununla da yeni rekorda imza atıb.