Türkiyədən ət gətirilməyəcək

Foto arxiv

Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

Bu barədə noyabrın 27-də Dövlət Baytarlıq Nəzarəti Xidmətiməlumat yayıb.

Məlumata görə buna səbəb, həminbölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin qeydə alınmasıdır.

Qadağa əsasən Türkiyənİn Van, İqdır, Sinop, Kars, Çorum bölgələri və onlara, risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı və Ərzurum bölgələrinə aiddir.

Dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı isə Türkiyə Dövlət Baytarlıq Xidmətinin arayışı olduğu halda ölkəyə buraxılacaq.