Serbiya silah zavodunun direktoru noyabrın 13-də Paris terrorlarında istifadə edilən silahlardan azı ikisinin 1990-cı illərdə bu zavodda istehsal olunduğunu bildirib.
Zavodun baş menenceri Milojko Brzakovic AzadlıqRadiosuna bildirib ki, Serbiyanın Daxili İşlər Nazirliyi beynəlxalq istintaq çərçivəsində Parisdə istifadə olunan konkret silahlar barədə informasiya istəyib.
O hadisə yerindən tapılan M70S silahlarının keçmiş Sovet istehsalı olan AK-47 silahının dəyişdirilmiş forması olduğunu deyir.
Almaniyanın “Bild” qəzeti isə noyabrın 24-də yaraqlılara 4 silah satmaqda şübhəli bilinən bir nəfərin həbs olunduğunu yazır.
Qəzet yazır ki, bu silahlardan ikisi Çin istehsalı olan AK-47S, ikisi isə Serbiyada istehsal olunan M70S silahıdır.
Bu silahlar noyabrın 7-də Online alverlə əslən ərəb olan alıcıya satılıb.