Azərbaycanın hava qüvvələri təlim keçirib

Foto arxiv

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə döyüş şəraitində həyacan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi yoxlanılıb.

Təlimlərdə "Osa" 9A33BM-3 zenit-raket kompleksindən də istifadə edilib.

Şəxsi heyət hava məkanını pozan şərti düşmən hədəfləri raket zərbələri ilə dərhal məhv edilib.

Təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurlayerinə yetirilib.