Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azadlıq Radiosuna bildirib ki, Ermənistan-Albaniya oyunu zamanı xəyanət baş verib. O deyib ki, oyun Ermənistan komandasının oyunçuları tərəfindən satılıb.
O həmçinin deyib ki, əgər bu, sübut olunarsa, futbolçular ömürlük diskvalifikasiya olunacaqlar.
Federasiyanın prezidentinin istefasını tələb edən qüvvələr var. Lakin Ruben Ayrapetyan deyib ki, bu problemi həll etməmiş heç yerə gedən deyil.