Futbol üzrə Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tottenhem" oyununda tribunaya 30 min bayraq düzülüb.
Bu barədə Qol.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bayraqlarda Azərbaycan dövlət bayrağının rəngləri və "Qarabağ"ın emblemi əks olunub.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ" - "Monako" görüşünün keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda da tribunaya 30 min Azərbaycan bayrağı düzülmüşdü.
"Qarabağ" - "Tottenhem" görüşü noyabrın 26-sı yerli vaxtla saat 22:00-da başlayır.