Gəncədə sərnişin daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində 18 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, xəsarət alanlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır, digərləri isə orta-ağır qiymətləndirilir. Xəsarət alanlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə qəzaya səbəb mikroavtobusun əyləc sisteminin işləməməsi olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.