-
Rusiyanın Sibir vilayətinin Krasnoyarsk şəhərində kommersiya vertolyotu qəzaya düşüb, 15 nəfər həlak olub.
Interfax-ln məlumatına görə, Mi-8 vertolyotunda 3 heyət üzvü və 9 sərnişin ölüb.
Ümumilikdə, vertolyotda 26 nəfər olub. 10 nəfər xilas edilib, bir nəfər itkin düşüb.
Vertolyot İqarka şəhərinin 10 km-də Yenisey çayına düşüb.
Hazırda xilasetmə əməliyyatları gedir. İnsidentin səbəbləri araşdırılır.
Vertolyot Turukhan aviasiya şirkətinə məxsusdur, enerji sektoru fəhlələrini işə aparırmış.