-
Noyabrın 26-a keçən gecə Salyanda 4 otaqlı ev yanıb.
Yanğının bitişik evə keçməsinin qarşısı alınıb. Yanğın saat 02:33-da söndürülüb.
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində isə “LUAZ” markalı minik maşını yanıb. Yanğın söndürülüb.
Hər iki yanğında xəsarət alan olmayıb.
Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.