Göydən yol çəkilsəydi, məktəbə tez getməyə

Mina Rəşid

-

Mina Rəşid

YOL VERİN MAŞINLARA

Çəkilin, ay uşaqlar,

Yol verin maşınlara.

Bu qədər söz batmayan

Ruhu-canı daşlara.

Yağış durmadan yağır

Böyüyür gölməçələr.

Maşınlar yolu tutub,

Maşın yox, qulbeçələr...

Uşaqlar su içində

Yer tapmırlar keçməyə.

Göydən yol çəkilsəydi

Məktəbə tez getməyə.

Sonra da, dar bir qapı,

Növbəyə dur, ay uşaq!

Məktəbə çatmaq üçün

Gərək olasan qoçaq.

Yol-iz tutulub tamam,

Möhkəm ol sən, balaca!

Uşaqlıqdan zillətə

Öyrən, öyrən beləcə...