İkinci pilot tapılıb

Moskvadakı Türkiyə səfirliyi qarşısında, 24 noyabr, 2015-ci il

-

Rusiya təyyarəsini Türkiyə vurandan sonra itkin düşmüş ikinci pilot tapılıb və Suriyadakı rus hərbi bazasına aparılıb. Bunu noyabrın 25-də Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Europe 1 radiosuna deyib.

Onun sözlərinə görə, pilot Suriya prezidenti Bashar al-Assad-a qarşı vuruşan üsyançılardan xilas ola bilib. Onu Suriya Ordusu tapıb.

Orlov pilotun kimliyi və ya səhgəti barədə məlumat verməyib.

Su-24 bombardmançısının digər pilotu həlak olub.

Ankara Rusiyanın Su-24 təyyarəsinin hava məkanını pozduğunu, vurulmamışndan öncə 10 dəfə olunan xəbərdarlığa cavab vermədiyini deyir.

Moskva isə qırıcının Suriya ərazisində olduğunu israrla bildirir.