Rusiyadan Türkiyəyə “İD” ittihamı

Vurulan təyyarənin görüntüsü

-

Rusiyanın baş naziri Dmitry Medvedev Türkiyəni İslam Dövləti (İD) silahlılarını qorumaqda ittiham edib, deyib ki, “bəzi türk rəsmilərinin” İD-nin nəzarətində olan zavodlarda istehsal olunan neft məhsullarının satışında “birbaşa maliyyə marağı” var.

Medvedev noyabrın 25-də Yekaterinburqda danışıb. Bir gün öncə Türkiyə hava qüvvələri Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsini vurub. İnsident zamanı rusiyalı pilotlardan biri həlak olub.

Medvedev deyib ki, Rusiya bombardmançısının vurulması “İslam Dövləti terrorçu qrupunun yaraqlılarını qorumağa” bərabərdir.

Baş nazir onu da əlavə edib ki, iki ölkənin münasibətlərinə “zərbə dəyib”. O, bəzi birgə layihələrin ertələnə biləcəyi, Türkiyə şirkətlərinin Rusiya bazarında mövqeyini itirə biləcəyini deyib.

Ankara Rusiyanın Su-24 təyyarəsinin hava məkanını pozduğunu, vurulmamışndan öncə 10 dəfə olunan xəbərdarlığa cavab verilmədiyini deyir.