Fransa Baş naziri qaçqınlardan danışdı

Manuel Valls

-

Fransanın baş naziri Manuel Valls deyir ki, Avropa Birliyi Yaxın Şərqdən gələn qaçqınların sayına limit qoymalıdır.

“Avropaya daha atıq qaçqın qəbul edə bilmərik, bu, mümkün deyil,” Valls bir neçə Avropa qəzetinin təmsilçisən deyib. Onun fikirlərini Almaniyanın Sueddeutsche Zeitung qəzeti noyabrın 24-də vebsaytında yerləşdirib.

“Avropa Birliyinin xarici sərhədlərinə nəzarət blokun gələcəyi üçün vacibdir. Bunu etməsək, xalq deyəcək: “Avropa, yetər!”,” Valls deyib.

Noyabrın 13-də Parisdə terror hücumlarında 130 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Valls daha əvvəl söyləyib ki, Parisə hücum edənlərdən bəziləri miqrant böhranından istifadə edərək ölkəyə girib.