“ABŞ, Fransa terrora qarşı “birləşib””

Barack Obama (sağda) və Francois Hollande mətbuat konfransında

-

ABŞ prezidenti Barack Obama deyir ki, Birləşmiş Ştatlar və Fransa terrorçuluğa qarşı “vahid mövqedə” dayanıb. “İslam Dövləti (İD) qruplaşması və ideologiyası hamımıza ciddi təhlükə törədir,” Obama sözlərinə əlavə edib.

ABŞ prezidenti noyabrın 24-də Vaşinqtonda fransalı həmkarı Francois Hollande ilə birgə mətbuat konfransı keçirib. Obama Avropa Birliyini çağırıb ki, təyyarə sərnişinləri barədə informasiyanın paylaşılmasına dair razılaşmanı yerinə yetirsin.

Hollande-nın sözlərinə görə, Türkiyə-Suriya sərhədini bağlamaq və terrorçuların Avropaya getməsinin qarşısını almaq lazımdır. O, əlavə edib ki, Obama ilə Suriya və İraqda İD hədəflərinə hava zərbələrini gücləndirmək barədə razılığa gəliblər.

Noyabrın 13-də Parisdə koordinasiya olunmuş hücumlarda 130 nəfər həlak olub. İD həmin hücumlara görə məsuliyyəti üzərinə götürüb.