Suriyada Rusiyanın vertolyotu da vurulub

Foto arxiv

Noyabrın 24-də Suriyada Rusiyaya məxsus hərbi vertolyotun da vurulduğu bildirilir.

"Reuters" agentliyinin məlumatına görə, Vertolyotu Suriya üsyançıları ABŞ raketi ilə vurublar.

Məlumatlara görə zədələnən vertolyot Latakiya yaxınlığında hökumət qüvvələrinin nəzarətində olan əraziyə düşə bilib.

Vertolyot bundan əvvəl Türkiyənin vurduğu Rusiya təyyarəsindəki pilotların dalınca gedirmiş.