FİFA-nın etika komissiyası Michel Platininin ömürlük futboldan uzaqlaşdırmağa çalışır.
UEFA prezidenti Platini qanunsuz olaraq FİFA-dan 2 milyon dollar mükafat alma ittihamı ilə hazırda 90 günlük vəzifəsindən uzaqlaşdırılıb.
FİFA-nın istintaq idarəsi noyabrın 23-dən keçmiş FİFA prezidenti Blatter və Platininin işi ilə bağlı rəsmi araşdırmalara başlayıb.
Onlar korrupsiyada ittiham olunurlar.
Platini buna görə gələn il FİFA-ya keçiriləcək prezident seçkisində də mübarizədən kənarlaşdırılıb.