Telman İsmayılov bir obyektini də itirə bilər

Mardan Palace

İş adamı Telman İsmayılov aktivlərini itirməkdə davam edir.

Virtualaz.org saytının Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, Moskvanın Vorobyov şosesində yerləşən və T.İsmayılova məxsus olan “Safisa” şadlıq evinə Meşan Rayon Məhkəməsinin ardınca Moskva Arbitraj Məhkəməsi tərəfindən də həbs qoyulub.

Məlumata görə , bu obyektinqiyməti 30 milyon dollardan çoxdur. Əgər T.İsmayılov banka olan borcunu ödəyə bilməsə, bu obyekt müsadirə ediləcək.