Fransanın “Charles De Gaulle” təyyarədaşıyan gəmisi noyabrın 23-dən “İslam Dövləti” qrupuna qarşı əməliyyata başlayıb.
France-Press agentliyinin məlumatına görə, gəmidən qalxan qırıcı təyyarələr bu qrupun Suriya və İraqdakı mümkün mövqelərinə reydlər keçirib.
Amma mövqelərin vurulub-vurulmaması barədə məlumat yoxdur.
Təyyarədaşıyan gəmi hazırda Aralıq dənizinin şərqindədir.
Noyabrın 13-də Parisdə 130 adamın ölümünə səbəb olan terror aktlarına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.