Rusiyada 11 İD yaraqlısı öldürülüb

Foto arxiv

Rusiya 11 İslam Dövləti yaraqlısının öldürdüyünü deyir.

Rusiya rəsmiləri Şimali Qafqazda keçirilən xüsusi əməliyyat zamanı “İslam Dövləti” qrupunda olan 11 silahlının öldürüldüyünü deyirlər.

Bu barədə noyabrın 22-də Rusiyanın milli anti-terror komitəsi məlumat yayıb.

Məlumata görə, Kabardin-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığındakı meşəlikdə silahlılarla hüquq-mühafizə orqanları arasında atışma olub.

Qurum həmin ərazidə əməliyyatın davam etdirildiyini bildirib.