Noyabrın 23-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək.
Gecə 9-12°, gündüz 14-18° isti olacağı gözlənilir.
Rayonlarda da əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir, dağlarda isə gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.