Krımın işığı kəsildi

Foto arxiv

Krım yarımadası işıqsız qalıb.

Noyabrın 22-ə kçən gecə Yarımadanın Ukrayna ərazisində yerləşən elektrik ötürücülərində partlayış olub.

Rusiya energetika nazirliyinin məlumatına görə, hazırda 1,8 milyon sakin işıqsız qalıb.

Yarımadanın əsas infrastruktur və sosial obyektləri fövqəladə enerji mənbələrinə qoşulub.

Hazırda elektrik enerjisinin bərpası yönündə işlər aparılır.