Nyu-Yorkdan Istanbula uçan təyyarə Kanadanın Halifaks şəhərinə məcburi eniş edib.
Buna təyyarədə bomba olması ehtimalı səbəb olub. Bu barədə noyabrın 22-də Kanada polisi məlumat yayıb.
“Turkish Airlines” şirkətinə məxsus təyyarə yerə enib və təyyarənin göyərtəsində axtarış aparılır.
Məlumata görə, təyyarədə 256 sərnişin olub.