Prezidentlərin görüşəcəyi bəlli deyil

Novruz Məmmədov

“Ermənistan tərəfin dekabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə yaydığı məlumat həqiqətə uyğun deyil”.

Bunu noyabrın 20-də jurnalistlərə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O qeyd edib ki, hələlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə qərar qəbul edilməyib.

Novruz Məmmədov bildirib ki, Qarabağ münaqişəsinin həlli prosesində hər-hansı irəliləyişə əminlik olmalıdır.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il prezidentlərin görüşünü təşkil etməyə çalışırlar və razılıq əldə olunsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin dekabrda görüşəcəyi barədə məlumatlar yayılıb.